Fevral ayında ekranlara çıxan "Pedmen” – "Bez adam” filmi böyük sosial əks-səda yaradıb.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Film hindistanlı fəalçı və ucuz qadın bezləri üzrə kiçik sahibkar Arunaçalam Muruqanantamanın real həyatından bəhs edir. 1990-cı illərdə adi fəhlə olan Muruqanantam evləndikdən sonra görür ki, arvadı çox hindli qadınlar kimi mensturasiya zamanı gigiyenik qorunma baxımından çox əziyyət çəkir, bez almağa pul olmadığından əlinə keçən parça və əskilərdən istifadə etməyə məcbur olur.
Arunaçalam dosları, qonşuları ilə danışıq və eksperimentlərdən sonra kişi ucuz qadın bezi istehsal edən kiçik bir cihaz düzəldir. O, günə 250 bez düzəltməyə başlayır. Bu icadı ilə məşhur olan kişi tezliklə bu işin biznesini açır. İndi onun bu maşınları Hindistanın çox kasıb əyalətlərində var. İndi Muruqanantama digər ölkələrə də bu maşınlardan idxal edir. Bu icadına görə Muruqanantam Hindistanın Milli mükafatını alıb və TİME jurnalının dünyanın 100 təsirli insanı siyahısına daxil edolib. Pedmen filmində baş qəhrəmanı məşhur aktyor Akşay Kumar ifa edib. Elə onun vasitəsilə də yeni fleşmoba start verilib.
Filmin premyerasından öncə real qəhrəman Arunaçalam Muruqanantam Twitter profilində əlində qadın bezi olan fotosunu paylaşır. O, PadManChallange – haştağı ilə fleşmobunu açıq elan edərək, bununla menstruasiya və qadın bezlərində utanılacaq bir şey olmadığını göstərməyə çağırıb.
Daha sonra filmin aktyoru Akşay Kumar da əlində qadın bezi fotosunu paylaşaraq flaşmoba qoşuldu.
Araşdırmalara görə, bir çox kasıb və inkişaf etməmiş ölkələrdə qadınlar hələ də müasir gigiyena vasitələrini ala bilmir, menstruasiyanı gizlədir, bez almağa utanır, alanda isə görünməyən kağıza bükür. 6% qadın isə hələ də bez nə olduğunu bilmir və görməyib. Qadın ginekoloji xəstəliklərinin və infeksiyalarının çoxunun məhz menstruasiya zamanı düzgün gigiyenik qaydalara əməl olunmadıqda yayıldığını nəzərə alsaq, hər bir qadının, hətta ən ucqar dağda olan qadın üçün belə bu bezlər əlçatan olmalıdır.
Fleşmoba Amir Xan, Anil Kapur, Muni Roy və s kimi Bollivud ulduzları qoşulub.
Dünyaca məşhur model Nataliya Vodyanova da instagramda əlində təmiz bez olan foto paylaşaraq bunu yazıb: "menstruasiya – hər bir qadın həyatının təbii hissəsidir. Biz bundan niyə utanmalıyıq? Qadın sağlamlığı hər birimiz üçün aktual müzakirə olunan mövzu olmalıdır”.
ABŞ-da isə qadın bezləri ilə fleşmob həbsdə olan qadınlara dəstək aksiyasına çevrilib. Arioza ştatı həbsxanalarında qadın məhkumların bez sarıdan korluq çəkdikləri, bez sayında olan limitin az olduğu məlum olduğundan qanunda dəyişiklik edib, həbsxanaya məhdud qoyulmadan qadın bezi verilməsi təklif olunmuşdu. Qanunun dəyişilməsi ştatın büdcəsinə hər il 80.000 dollara başa gələcəkdi. Ona görə palata bu qanunun müzakirəsini ləğv edib. Bu isə fəalların və qadın təşkilatlarının etirazına səbəb olub. Onlar əllərində bez və tampon fotolarla aksiyaya qoşularaq, hüquq komitəsinin baş ofisinə bez və tampon göndərməyə başlayıblar. Hökumət bu təpkini görərək, qanunda dəyişiklik edərək problemi həll edib.