Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada yeni təhkükəli pandemiya gözlənilir - Meymunlardan keçəcək

  • 2021.05.27 15:08
  • 2557 Baxış
Dünyada yeni təhkükəli pandemiya gözlənilir  -  Meymunlardan keçəcək


Meymunlarda aşkarlanan yeni tip çiçək xəstəliyi Yer üzündə yeni və təhlükəli pandemiyanın mənbəyi ola bilər. Dünyada alimlər hazırda meymunlardan insana keçə biləcək çiçək xəstəliyi növündən ehtiyat edir.

Medicina.az xəbər verir ki, Rusiyanın virusologiya üzrə professor Aleksey Aqranovskiy isə əsas təhlükənin hələ də gəmirici və yarasalarda olduğunu bildirib.

“Meymunlardan çiçəyin insana keçməsi ehtimalı çox azdır. İnsan o halda bu xəstəliyə yoluxa bilər ki, xəstə heyvanın ağız suyu, qanı, seliyi ilə birbaşa təmasda olsun. Əsas əlamətləri: güclü başağrısı, yüksək hərarət, əzələlərdə ağrılar, limfatik düyünlərin şişməsi. dəridə səpkilər”.


Professor hazırda virusa qarşı vaksinlərin reaktogen əks təsiri olduğunu da bildirib. Bunun üzərində alimlər işləyir.

Amma yarasaları gözdən qoymaq olmaz. Pandemiyanın səbəbi yarasadırsa, deməli, onlarda olan bütün yeni mutasiyalar izlənməlidir.