ÜST nümayəndəsi, epidemioloq Riçard Pibodi yeni pandemiyanın çox güman ki, quş qipinin yaradacağı ehtimalından danışıb.
“Medicina” xəbər verir ki, dünya yeni pandemiyaya hazırlaşmalıdır. Bu günə məlumdur ki, bu infeksiya quşdan insana keçərək, ölümə belə səbəb ola bilir.
Əgər o insan sferasında yayılmağı bacarsa, bəşəriyyəti kütləvi yoluxma gözləyir. Bu virus Coviddən də ölümcüldür.
“Belə bir təhlükə var ki, virus insandan insana keçə bilir, çox dözümlüdür, bu da yeni pandemiya yarada bilər. A qripin quş versiyası H5N1 qripə çox oxşardır. Uşaqlar, yaşlılar, hamilələr üçün çox təhlükəlidir. ÜST rəsmiləri insanları ölü və ölən xəstə quş və heyvanlara istənilən təmasdan xəbərdar edib.
Yoluxma ocaqları broyler fabrikləri ola bilər.
Aygün Musayeva