Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada üçüncü dəfə üz köçürülən ilk pasiyent – Yeni üzündən razıdır

  • 2018.04.19 19:09
  • 18657 Baxış
Dünyada üçüncü dəfə üz köçürülən ilk pasiyent –  Yeni üzündən razıdır
Tibdə qeydə alınan inqilabi əməliyyat nəticəsində ilk dəfə olaraq bir kişiyə 3-cü dəfə yeni üz köçürülüb. 


Medicina.az xəbər verir ki, Jerom Amon adlı kişiyə artıq 3-cü dəfədir ki, yeni donor tapılıb, üz köçürülür. Birinci köçürülən üzünü o, antibiotiklərin təsirindən itirib. 


43 yaşlı kişi düz 2 ay üzsüz qalıb. Bu müddət ərzində o, Paris xəstəxanasında yatıb. 


Jerom dünyada nadir genetik xəstəlik olan neyrofibromatozdan əziyyət çəkir. Onun üzündə dərialtı və dəriüstü böyük şişlər çıxaraq, üzünü yararsız hala salıb.


İlk üz ona 2010-cu ildə köçürülüb və uğurla başa çatıb. Lakin 2015-ci ildə qəbul etdiyi antibiotiklərdən sonra üzdə əks təsir verərək nekroz yaradıb. Cərrah məcbur olub 2017-ci ildə üzü cərrahi əməliyyatla götürüb. Həmin vaxtdan 2018-ci ilə kimi Amon xəstəxanada yataraq, nə danışıb, nə görüb, nə də eşidib.


Sonra uyğun donor tapılıb və ikinci dəfə üz köçürülüb. Təkrar nekrozlaşmanın qarşısını almaq üçün Amonun qanı təmizlənib. 


Təzə üzü hələ tam konturlarını almayıb və çox hamardır. Amma Amon nəticədən razıdır. "Mənim 43 yaşım var. Donorun isə 22 yaşı var idi. O zaman mənim indi 22 yaşlı üzüm var”, – deyə Amon müsahibəsində bildirib. 


Üz transplantasiyasını professor Loran Lantyeri icra edib. 

 

Professor bu əməliyyatla tibdə sübut edib ki, təkrar üz köçürmə mümkündür. Burda pasiyentin də iradəsi mühüm rol oynayıb. 


Dünyada üçüncü dəfə üz köçürülən ilk pasiyent –  Yeni üzündən razıdır