Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada şərq təbabəti ilə qərb təbabətinin sintezi baş verir - Professor

  • 2024.12.25 16:27
  • 208 Baxış
Dünyada şərq təbabəti ilə qərb təbabətinin sintezi  baş verir   - Professor

İnteqrativ Təbabət
Adil Qeybulla – tibb elmləri doktoru, professor

"Əslində müasir təbabətin ən böyük problemlərindən biri - xəstəliyi törədən köklü səbəblərin deyil, bir xəstəliyin təzahür əlamətlərinin aradan qaldırılmasına hesablanan fəaliyyətdir. Tibb elmi bir çox hallarda xroniki, geri dönüşlü (residivləşən), əsl səbəbi bilinməyən xəstəliklərin bir çoxunun nəzəri inkişaf mexanizmlərini əsas götürərək xəstəliklərin kompleks yanaşmasına önəm vermir".


Son illər bütün dünyada vüsət alan, konkret nəticələr verən qeyri -ənənəvi təbabətin xəstəliklərin müalicəsində mühüm gəlişmələr, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, əmək qabillyyətinin bərpası istiqamətində nəticələr verməsi İnteqrativ təbabətin aktuallığını artırır.

İnteqrativ təbabət insanı bütövlükdə, yəni ağlını, bədənini və ruhunu birgə müalicə etmək üçün sübuta əsaslanan yanaşmanı tətbiq edir. Fiziki, emosional, əqli və mənəvi ehtiyaclar bütün patoloji vəziyyətlərdə iştirak edir, buna görə də Psixo-Neyro-Endokrin və İmmun Sistemlərin bütün səviyyələrdə baș verən pozulmaları ilə nəticələnən səbəblərə təsir edərək, orqanizm bütövlükdə müalicə edilməlidir. Müxtəlif xəstəliklərdə müəyyən sistemlərin cəlb olunma dərəcəsi fərqlidir və xəstənin fərdi xüsusiyyətlərindən və patogen amillərin kompleksindən asılıdır. Buna görə də, İnteqrativ tibb həmişə müalicələrin kombinasiyasından istfadə edir, optimal sağlamlıq və şəfa əldə etmək üçün həm ənənəvi yanaşmaları, həm də alternativ müalicə üsullarını "inteqrasiya edir, birləşdirir".


Tibbdə bu istiqamətin inkişafının başlanmasına səbəb bir çox həkimlərin və xəstələrin uzunmüddətli dərman istifadəsindən narazılığı, dərmanlara öyrəşmə, bir sıra hallarda onlanıneffektsizliyidir; müxtəlif səpgili ağırlaşmaların baş vermə statistikası 30%-ə yaxındır.


Vərəm, autoimmun xəstəliklər zamanı aparılan uzunmüddətli müalicələr, onkoloji praktikada tətbiq edilən polikimyəvi terapiya, radio kontrast müayinə vasitələri, șüa müalicəsi kimi müasir elmi üsulların orqanizmə göstərdiyi ciddi yan etkilərin aradan qaldırılmaması orqanizmin yeni təlatümlərlə üzləşməsinə gətirib çıxarır.

Nəzəra almalıyıq ki, farmakoloji doyma müasir tbbin ən böyük problemlərindən biridir. ABŞ-da 1,5 milyon insan dərmanların yan təsirləri səbəbindən xəstəxanada yatmalı olur, Aİ ölkələrində isə eyni səbəblərdən xəstəxanaya yerləşdirilmə 15%-i.

Çox vaxt "medikamentoz xəstəlik" müalicəsinə başlanılan xəstəlikdən daha ağır olur. ABŞ-da Parasetamolun yaratdığı qaraciyər yetməzliyindən 500 nəfərdən çox adam ölür.

Hər bir həkimə xatırlatmaq yerina düşərdi: "Əgər hansısa dərmanı təyin etməyə bilirsənsə, onu təyin etmə!" Maraqlıdır ki, İnteqrativ Tibbə, məsələn, ABȘ-da, ali təhsilli, yəni müalicə üsulunu seçməzdən əvvəl təhlil edib, bu barədə düşünən xəstələr müraciət edirlər.

Təbii müalicə vasitələrinin dünyanın aparıcı elmi mərkəzlərinin tövsiyəsi ilə tərtib edilən klinik protokollar əsasında müasir dərman preparatlarının tətbiqi ilə aparılan müalicə ilə inteqrasiyası terapiyanı tamamlaya bilir ki, bu da yan etkilərin aradan qaldırılması və effektliliyinin artırılmasına yardımçı olar.
Zəruri hallarda asaslanmış dərman müalicəsi və təhlükəsiz ənənəvi üsulların birləşməsi (İnteqrativ tibb) dərmanların dozasını əhəmiyyətli dərəcədə azaltmağa və müalicənin effektivliyini artırmağa imkan verir.

Ölkəmizdə həm xəstələr, həm də həkimlərin İnteqrativ təbabətin imkanları haqda məlumatlandırılması bu gün dünyada həllini gözləyən aktual
məsələlərdən biridir".

Medicina.az