Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada qorxunc xəstəlik yayılır, şikəst edir - Necə yoluxduğunu bilən yoxdur

  • 2018.04.21 10:46
  • 15280 Baxış
Dünyada qorxunc xəstəlik yayılır, şikəst edir -  Necə yoluxduğunu bilən yoxdur
Avstarliyalı həkimlər həyəcan təbili çalaraq Buruli Xorası ilə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatına və hökumətə müraciət ediblər. Avstarliyada bu qorxunc xəstəliyə yoluxanların əksəriyyəti  Viktoriya ştatındadır. Həkimlər bildiriblər ki, yoluxma halları keçən ilə nisbətən 400 dəfə artıb.

 


Avstarliyalı həkimlərin ÜST və hökumətə ünvanladıqları məktubda bildirilir: "Biz ciddi bir  epidemiya ilə qarşı qarşıyayıq. Vəziyyət sürətlə pisləşir. Elmi biliklərə əsaslanan operativ reaksiya tələb olunur. Biz ətraf mühiti, yerli faunanı, insanlarla ətraf mühitdəki varlıqların təmasının  təsirlərini öyrənməliyik. Çünki xəstəliyin insana necə yoluxması barədə məlumata malik deyilik. Dərhal hərəkətə keçmək lazmdır.Biz hökuməti Buruli xorası ilə mübarizə tədbirlərini maliyyələşdirməyə çağırırıq”,- deyə "The Medical Journal Of Australia” jurnalında dərc edilmiş məktubda qeyd edilib.


ÜST-ün məlumatına görə, "Mycobacterium ulcerans” bakteriyası nəticəsində törəyən  Buruli xorasının necə yayılması məlum deyil. Onların ağcaqanadlar vasitəsi ilə yayıldığı ehtimal edilir.Ən dəhşətli fakt budur ki, bu xoranın yoluxduğu xəstə ömürlük şikəst qalır. Yaralar əsasən üzdə, ayaqda, əldə, oturaq hissələrdə  meydana çıxır. Bu xroniki  əlillik xəstəliyinin törənməsinə gətirib çıxarır.


"Mycobacterium ulcerans” toxumaları və ummun sistemini məhv edən mikolakton adlı toksin ifraz edir.Hazırda dünyanın 33 ölkəsinidə Buruli xorasına yoluxmuş xəstələr qeydə alınıb. Xəstəlik əsasən  15 yaşa qədər uşaqlar arasında yayılır.Xəstəliyin  sağalması üçün praktiki dərman vasitələri yoxdur.İnsandan insana və ümumiyyətlə insana necə yoluxması barəsində aparılan araşdırmalar  hələlik nəticə verməyib.


Müalicə müddəti 6-12 ay davam edir. Xoraların  dəhşətli izlərini yalnız plastik rekonstruktiv cərrahiyə yolu ilə aradan qaldırmaq  olur.Antibiotik və əlliyin aradan qalxması üçün istifadə olunan komplementar terapiya ölümdən xilas etsə də, şikəst qalmaqdan xilas etmir.(bizimyol.info)

 

Dünyada qorxunc xəstəlik yayılır, şikəst edir -  Necə yoluxduğunu bilən yoxdur