Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada qızılca pandemiyası gözlənilir - Rusiyalı həkim

  • 2023.04.05 16:54
  • 1722 Baxış
Dünyada qızılca pandemiyası gözlənilir -  Rusiyalı həkim
Koviddən yeni çıxan bəşəriyyəti bu dəfə qızılca pandemiyası gözləyir.

"Medicina" xəbər verir ki, tibb elmləri doktoru Anton Yerşov artıq təhlükənin yarandığını deyib.

"Qızılca olmayan yer qalmayacaq. Biz bu barədə çoxdan deyirik. Artıq 5 ilə yaxındır ki, insanlar qızılcadan peyvəndi iqnor edir".


Həkim bildirib ki, COVİD fonunda ölkələr arasında sosial təmas azaldı və bu, qızılca da daxil olmaqla digər infeksiyaların yayılmasını ləngidirdi, amma artıq yayılma başlayıb.

"Qızılca koviddən də sürətlidir. Bir binada 3 xəstə varsa, onun bütün qonşuları əgər peyvəndləri yoxdursa, yoluxacaqlar".


Təkcə 2019-cu ildə xəstəlik 200 mindən çox insanın həyatına son qoyub. Epidemioloqların gəldiyi nəticəyə görə, infeksiyanın yayılmasının əsas səbəbi uşaqların vaxtında immunitetinin inkişaf etdirmək üçün qızılcaya qarşı lazım olan peyvəndlərin (MCV1 və MCV2) vurulmamasıdır.


Aygün Musayeva