COVID-19 pandemiyası böhran mərhələsindədir, lakin bu kəskin dövrü başa çatdırmaq üçün dünyanın əlində vasitə var.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.
O, deyib: “COVID-19 pandemiyası artıq üçüncü ildir ki, davam edir və hazırda biz böhran mərhələsindəyik. Pandemiyanın bu kəskin dövrünü başa vurmaqdan ötrü birgə işləməliyik. Biz bu mərhələnin uzanmasına, çaxnaşma və ya etinasızlıq yaratmasına imkan verə bilmərik. Bu kəskin dövrə son qoymaq üçün əlimizdə bütün vasitələr var. Biz onlardan ədalətli və məntiqlə istifadə etməliyik”.
ÜST-nin Baş direktoru xatırladıb ki, vaksinlərin ədalətli bölüşdürülməsi üzrə COVAX proqramı çərçivəsində artıq 1 milyard doza vaksin tədarük edilib. Lakin bütün ölkələrdə vaksinlənmənin sürəti ideal tempdən hələ çox uzaqdır. Onun sözlərinə görə, 34 ölkə indiyədək öz əhalisinin 10 faizini belə peyvəndləyə bilməyib, 86 ölkədə isə əhalinin 40 faizdən az hissəsi vaksinləmədən keçib.