Dünyada indiyə qədər tibb ədəbiyyatında qeyd olunan cəmi 295 sayda olan "L-2 Hydroxyglutaric Aciduria" xəstəsinin 296-cısı Azərbaycanda tapılıb.
Bakupost.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasının şüa-diaqnostika üzrə mütəxəssisi, dosent Rasim Bayramov dünyada bu xəstəlik üzrə 296 və 297-ci pasiyentin diaqnozunu qoyub.
Xəstələrdən biri 13 yaşlı qızdır.
Radioloq özü bu faktı həm öz təcrübəsində, həm də Azərbaycan tibbində maraqlı məqam kimi dəyərləndirib.
Həkimin bu barədə elmi məqaləsi Amerikanın tibbi dərgisində dərc olunub.
Qeyd edək ki, "L-2 Hydroxyglutaric Aciduria" genetik neyrometabolik pozulmadır, müxtəlif nevroloji əlamətlər verir.
Aygun