Dünyada hər bir insanın fərqli xüsusiyyətləri var. Amma elə xəstəliklər var ki, ona yoluxan insanlar adi insanlardan fərqlənir və onları digərlərindən unikal edir.
İnsanların bütün fərqliliklərinə baxmayaraq həyat mübarizəsini davam etdirən 9 unikal xəstəliyi təqdim edir:
Nistaqmus
Nistagmus, bir və ya hər iki gözün müəyyən istiqamətlərdə qeyri-ixtiyari sürətli hərəkətidir. Bu, asemptomatik xəstəlik olsa da, bulanıq görmə pozğunluğu nadir nevroloji xəstəlikdir.
Boantropiya
Boantropiya sindromu insanın özünü mal-qara kimi düşünməsidir. Tibbi olaraq daha çox kişilərdə görülür, adam özünü öküz və ya mal-qara hesab edir. Ən məşhur nümunə Əhdi-Ətiq kitabındadır.
Əhdi-Ətiq kitabında Daniel II Navuxodonosor adlı padşah Babilin məşhur asma bağlarını quran padşahın bu xəstəlikdən əziyyət çəkdiyini bildirir.
Kitabda padşah belə təsvir olunur: “O, insanlıqdan çıxarıldı və öküz kimi yaşıl ot yedi”.
Daş adam sindromu
Daş adam sindromu kimi tanınan Fibrodysplasia Ossificans Progressiva (FOP), dünyada təxminən 2500 insana təsir edən nadir bir xəstəlikdir. Mutasiya nəticəsində yaranan xəstəlik olan FOP bədənə yapışan toxumaların sanki təzyiq və təsir altında sümükləşməsidir.
Bu sindromlu insanlar heç bir fiziki fəaliyyətlə məşğul ola bilməzlər, çünki aldıqları hər zərbə zamanla həmin bölgənin sümükləşməsinə səbəb olur.
Mikrosefaliya
Mikrosefaliya yaş və cinsdən asılı olaraq başın və ətrafın normal insanlardan daha kiçik olması kimi müəyyən edilir. Mikrosefaliya daha çox kliniki tapıntıdır.
Bədənin göy rəngə çevrilməsi
Methemoqlobinemiya (MetHb) qanda methemoqlobinin miqdarı 10 faizdən çox olduqda baş verir və müalicə edilmədikdə ölümlə nəticələnə bilər. Qanın daha mavi və ya daha qəhvəyi rəngə çevrilməsinə səbəb olur.
Oksigen toxumalara daşına bilsə də, oksigenin daxil olmasının qarşısı alınır. Xəstəlik insanlarda inkişaf geriliyi, qıcolma və ölümə səbəb olmaqla yanaşı, dərinin mavi rəngə çevrilməsinə də səbəb olur./Bakupost