Son bir həftə ərzində 12 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 67 mindən çox insan ölüb. Yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 21 faiz, ölənlərin sayı isə 8 faiz azalıb.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, fevralın 14-dən 20-dək COVID-19-a yeni yoluxma hallarının sayı bundan əvvəlki həftə ilə müqayisədə 21 faiz, ölənlərin sayı isə 8 faiz azalıb.
Təşkilata 12 793 962 nəfərin yoluxduğu barədə məlumat daxil olub. 67 519 ölüm halı qeydə alınıb.
Xüsusilə əhəmiyyətli dərəcədə azalma Şərqi Aralıq dənizi (34 faiz) və Amerikada (29 faiz) qeydə alınıb. Dünyada bir həftə ərzində bütün yeni yoluxma hallarının 56 faizi payına düşən Avropada bu göstərici 26 faiz azalıb. Ölüm halları Qərbi Sakit okean regionunda (21 faiz) və Afrikada (20 faiz) artıb. Eyni zamanda digər bölgələrdə bu göstərici azalıb.