Dünyada COVID-19-a yoluxanların sayı 130 milyon nəfəri keçib.
Medicina.az xəbər verir ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 31 229 639 nəfərdə COVID-19 aşkarlanıb.
Siyahıda ikinci yerdə 12 334 844 yoluxma ilə Braziliya, üçüncü yerdə 12 302 92 yoluxma ilə Hindistan qərarlaşıb. Fransada COVID-19-a 4 695 82, Rusiyada 4 554 264, Britaniyada 4 350 266, İtaliyada 3 607 83, Türkiyədə 3 357 988, İspaniyada 3 291 394, Almaniyada 2 854 137 yoluxma aşkarlanıb.
Pandemiya ərzində dünyada koronavirusdan 2 838 22 nəfər həyatının itirib, virusa yoluxmuş 104 752 420 nəfər sağalıb. Hazırda daha 22 491 657 nəfərin müalicəsi davam etdirilir.