Dünyada 236 602 658 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, virusdan 4 831 738 xəstə ölüb, 213 735 148 nəfər sağalıb.
Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (44 781 200 nəfər), Hindistan (33 871 881 nəfər), Braziliya (21 499 074 nəfər), Böyük Britaniya (7 967 985 nəfər) və Rusiyadır (7 637 427 nəfər).
Türkiyədə 7 296 879, İranda 5 651 961, Gürcüstanda 621 420, Ermənistanda isə 266 208 nəfərdə koronavirus aşkar edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (211 696 nəfər), İran (121 563 nəfər) və Türkiyədə (65 137 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 487 204 nəfərin 6 599-u ölüb, 467 043 xəstə sağalıb.