Dünyada koronavirusa yoluxanların ümumi sayı altı gündə iki dəfə artıb.
Medicina.az xəbər verir ki, bu barədə məlumatı “TASS” agentliyi yayıb.
Qeyd olunub ki, agentliyin müxbirləri tərəfindən xəstəlik hallarının qeydə alındığı ölkələrdə hakimiyyət və ekspertlərin rəsmi açıqlamaları əsasında topladığı statistik məlumatlara əsasən dünyada virusa yoluxanların sayı 400 min nəfəri ötüb.
Pandemiyanın yayılması da sürətlənir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada cəmi 334 981 nəfər yoluxub, onlarinda 4,37% -i ölüb - 14 652 nəfər.
ÜST-ün statistikası ərazilərində COVID-19 qeydə alınan dövlətlərin səlahiyyətlərinin açıqladığı rəqəmlərdən geri qalır.
Belə ki, agentliyin məlumatına əsasən, dünyada koronavirus daşıyıcılarının sayı 403 868 nəfərdir. Onların 18 221-i dünyasını dəyişib.
Hal hazırda yoluxma halları 150-dən çox ölkədə qeydə alınıb. Bu ərazilərdə dünya əhalisinin 75% -dən çoxu yaşayır.