Dünyada koronavirusa yoluxan 945 099 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.
Medicina.az xəbər verir ki, indiyədək 30 038 634 nəfərə COVID-19 diaqnozu qoyulub.
Beləliklə, son 1 ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.
Ən çox yoluxma halları ABŞ (6 828 301), Hindistan (5 118 253) və Braziliyada (4 421 686) qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 38 658 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 36 149 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 569 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 296 391 nəfər yoluxub, 262 602 nəfər sağalıb, 7 249 nəfər ölüb. Rusiyada indiyədək 1 079 519 nəfərdə koronavirus aşkarlanıb, onlardan 890 114-ü sağalıb, 18 917-si ölüb. İranda isə 410 334 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 23 632 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 2 758-ə çatıb. Onların 1 412-si artıq sağalıb, 19-u isə vəfat edib.
Ermənistanda indiyədək 46 376 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 42 069 nəfər sağalsa da, 923 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.