Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada karantin qaydalarını ləğv etmək hələ tezdir- ÜST

  • 2022.02.02 14:39
  • 1547 Baxış
Dünyada karantin qaydalarını ləğv etmək hələ tezdir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVID-19-un qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək üçün hələ tezdir. Onlar ehtiyatlı olmağa çağırıb.


Medicina.az xəbər verir ki, bu barədə ekspertlər brifinq zamanı bildiriblər.

ÜST COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır:

"Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil.".

Öz növbəsində, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri COVID-19 ilə mübarizədə öz yollarını tutmağa və "məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa" çağırıb.