Həddən artıq isti, yağıntı, soyuq rütubət və digər i hadisələr insanlarda depressiya və narahatlıq kimi psixi sağlamlıq pozğunluqlarını artırır.
"Medicina" xəbər verir ki, alimlər Banqladeşdə iqlimlə əlaqəli və sosiodemoqrafik əlaqələri araşdııb.
Nəticələr göstərib ki, iqlim dəyişikliyi pisləşdikcə, temperatur və rütubət artmağa davam edəcək, həmçinin ekstremal daşqın kimi təbii fəlakətlər psixi sağlamlığa pis təsir göstərəcək.
Xüsusilə qadınlarda depressiyaya daha çox həssaslıq müşahidə olunub.
“İqlimin pozulmasının fiziki təsirləri daha çox diqqəti cəlb edir. Psixoloji yüklər çox vaxt gizli qalır, şüursuz şəkildə insanların həyatının hər bir sahəsinə sızır və tədricən psixi gərginlik artır. Məlumatlılığın az olması səbəbindən onları müalicə etmək olduqca çətindir”, – deyə Liz Sasteren bildirib.
Qeyd edib ki, belə tədqiqatlar iqlim böhranının çətinliklərini yaşayan insanların sağlamlığı və gələcəyi üçün yüksək qiymətləndirilməlidir. Çünki ətraf aləmdə fırtınalar nə qədər pis olsa da, içimizdə yaranacaq fırtınalardan daha pis ola bilməz.