Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada ilk plastik əməliyyatın tarixi – Çənəsi parçalanmış əsgərin Videosu

  • 2019.06.03 14:52
  • 13730 Baxış
Dünyada ilk plastik əməliyyatın tarixi –  Çənəsi parçalanmış əsgərin Videosu

Dünyada ilk estetik əməliyyat hələ 1916-cı ildə baş tutub. 


Medicina.az xəbər verir ki, I Dünya müharibəsində mərmi partlamasından çənəsi, ağzı parçalanan  Villi Vikari adlı matrosu hərbi cərrah Harold Gillis əməliyyat edir.


31 may 1916-cı ildə yaralanan matrosu cərrah o dövr üçün hələ az tətbiq olunan "volkinq stalk skin flap” metodundan istifadə edir.

O, yaralının sinəsi və kürəyindən dəri götürərək çənəyə tikir. Nəticədə Villinin öz toxumasından çənə əti inkişaf edir və ağzı saxlayır. O dövr üçün bu möcüzə idi. Həkim necə olursa infeksiyalardan da yan qaça bilir. Hansı ki, o dövrdə antibiotik və ağrıkəsici

yox idi.


1920 – ci ilə kimi Villinin üzü demək olar, normal insan simasına bənzəyir və o sağalır. Lakin o müalicə ərəfəsində psixoloji sarsıntıdan və ağrılardan qurtulmaq üçün narkotikə qurşanır, morfisiz dayana bilmir.


Sonradan onun taleyi barədə məlumat yoxdur. Lakin əsgəri əməliyyat edən cərrah hələ uzun illər yaşayaraq, 1951-ci ildə kişi cinsiyyət orqanını qadına köçürməklə daha da məşhurlaşır.


Matrosun çənəsində aparılan əməliyyatla bağlı Videonu təqdim edirik.

Ürəyi zəif olanlar baxmasın