Dünyada ilk- Ana və qızı eyni anda dünyaya uşaq gətirdi - FOTOLAR

  • 2017.09.30 10:55
  • 16311 Baxış
Dünyada ilk-  Ana və qızı eyni anda dünyaya uşaq gətirdi - FOTOLAR
Türkiyənin Konya şəhərində dünyada ilk dəfə yaşanan hadisə olub.


Medicina.az A24.Az-a istinadən xəbər verir ki,  Suriyada gedən müharibə ilə əlaqədar olaraq Türkiyəyə sığınan türkmən əsilli 42 yaşlı ana Fatma birinci ilə 21 yaşlı qızı Ğade Birinci eyni anda hamilə qaldıqlarını öyrəniblər. Hər iki ananı da həkim nəzarətinə götürüb. Sağlam hamiləlik keçirən analar eyni anda qeysəriyyə əməliyyatı ilə övladlarını dünyaya gətiriblər.


Uşaqlardan birinə Rəcəb,  digərinə isə Tayyip adı verilib.

 


Dayı olan körpənin çəkisi 4 kilo,  bacı oğlunun çəkisi isə 2 kilo 980 qram olub.


Həkim belə bir hadisənin dünyada ilk dəfədir qeydə alındığını bildirib. Belə ki hər iki anada hamiləlik bərabər şəkildə keçib.  Hətta uşaqların cinsiyyətini də eyni anda öyrəniblər.



Fatma Birincinin 4 övladı var. Ğadenin isə bundan əvvəlki uşaqları hamiləlikdə tələf olub. Hər iki ana sağlam övlad dünyaya gətirdikləri üçün xoşbəxtdirlər.


 



 


Dünyada ilk-  Ana və qızı eyni anda dünyaya uşaq gətirdi - FOTOLAR
Dünyada ilk-  Ana və qızı eyni anda dünyaya uşaq gətirdi - FOTOLAR
Dünyada ilk-  Ana və qızı eyni anda dünyaya uşaq gətirdi - FOTOLAR