ABŞ-da hamilə qadının 34 həftəlik körpəsində insult riskləri aşkarlanıb.
Bakupost.az xəbər verir ki, alimlər bu riskin qarşısını almaq üçün uşağı ana bətnində olarkən beyin əməliyyatı edib.
Əməliyyat Boston Uşaq Xəstəxanası və Masaçusets xəstəxanasından 10 nəfərlik həkim qrupu təfəindən həyata keçirilib.
Əməliyyat uğurla nəticələnib.
İki gün sonra körpə heç bir problem olmadan dünyaya gəlib.
1,9 kiloqram doğulan körpə xəstəxanada müşahidə altında saxlanılıb.
Körpənin səhhətinin yaxşılaşdığı, kökəldiyi, iştahının yaxşı olduğu açıqlanıb.
Qeyd edək ki bu xəstəlik Qalen venasının menavrizması adlanır.
Hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur.
Beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdarkən baş verir. Bu, ürəyi qanla doldurur və təhlükəli dərəcədə yüksək qan təzyiqinə səbəb olur.
Ürək çatışmazlığı və infarkt riski yüksəkdir.
Ölüm riski 11 yaşdan əvvəl 30 faizdir.