Latın Amerikası ölkəsi Çilinin paytaxtı Santyaqo dünyanın ən çirkli havası olan şəhəri seçilib.
“Medicina” xəbər verir ki, İQAir agentliyinin monitorinqinin nəticələrinə görə, bu şəhərdə hava təmizliyinin indeksi 140-dır. Bu ən yüksək həddir, o deməkdir ki, yaşlılar, xəstələr və uşaqlqar üçün çox zərərlidir, bu şəhərdə açıq havada işləmək risklidir.
Havada mikrozəccəriklər və maye damlalarının konsenytrasiyası ÜST tərəfindən tövsiyə edilən normadan 10 dəfə çoxdur.
Yerli əhaliyə küçələrdə maska ilə gəzmək, pəncərələri bağlamaq, açıq havada iş və idmanı təxirə salmaq tövsiyə olunub.
Hazırda Çilidə qış fəslidir, amma havanın orta temperaturu anomal yüksəkdir: 38 dərəcə.
Aygün Musayeva