Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada ərzaq qıtlığı qaçılmazdır - Millət vəkili Vahid Əhmədov

  • 2022.04.16 15:25
  • 2401 Baxış
Dünyada ərzaq qıtlığı qaçılmazdır   - Millət vəkili Vahid Əhmədov

Ukrayna-Rusiya qarşıdurması ərzaq qiymətlərinin artamasına səbəb olub.

Qarşıdakı dönəmdə iki dövlət arasındakı müharibənin Azərbaycana mümkün təsirləri nədən ibarət ola bilər?

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.

Millət vəkili Ukrayna və Rusiya arasındakı qarşıdurmanın ərzaq təchizatına, o cümlədən ərzaq məhsullarının qiymətinə təsir göstərdiyini qeyd edib:


“Cənab Prezident ötən müşavirədə haqlı olaraq qeyd etdi ki, Ukrayna-Rusiya müharibəsi dünyanın ən böyük taxıl ixracatçılarından olan bu ölkələrdə istehsal prosesinə də ciddi təsir göstərib. Dövlət başçısı bu təsirin yaxın gələcəkdə də davam edəcəyini bildirdi. Doğrudan da, iki dövlət arasında hərbi əməliyyatların davam etdiyini nəzərə alsaq, hələ bəlli bir müddət bu ölkələrin taxıl istehsalı və ixracatındakı azalmanın davam edəcəyini söyləmək olar.

Bundan başqa, müharibə başa çatandan sonra da, bu ixracatı qısa zamanda bərpa etmək mümkün olmayacaq. Çünki bu müharibə hər iki dövlətin iqtisadiyyatına böyük zərbə vurub. Odur ki, bu müharibənin nəticələrini aradan qaldırmaq xeyli vaxt və maliyyə vəsaiti tələb edəcək. Bu isə o deməkdir ki, taxıl məhsulları ilə bağlı dünyanın bir çox dövlətlərində qıtlıq davam edəcək. Bu səbəbdən də dövlət başçısı qeyd etdi ki, Azərbaycan ərzağa, xüsusilə də taxıl məhsullarına olan tələbatı öz daxili imkanları hesabına ödəməyə daha çox diqqət yetirməli, bu istiqamətdəki fəaliyyəti daha da gücləndirməlidir”.

Fəridə
Baku Post