Türkiyənin İzmir şəhərində daha öncə ölkədə oxşarına rast gəlinməyən hal baş verib.
Medicina.az xəbər verir ki, 60 yaşlı təqaüdçü müəllim Yıldız Özişin nəfəs borusu partlayıb.
Hadisə İzmirdəki xəstəxanalardan birində baş verib. Keçirdiyi ortopedik əməliyyatdan sonra qadında qəfil ürək bulanması ilə başlayan qusma müşahidə olunub. Bu zaman onun üz, boyun və döş qəfəsində şişlik yaranıb.
Müayinə nəticəsində qadının nəfəs borusunun 4 sm. yırtıldığı məlum olub. O, uğurlu əməliyyatla sağlamlığına qovuşub.
Əməliyyatı həyata keçirən Prof. Dr. Hakkı Ulutaş bildirib ki, bu, çox nadir rast gəlinən haldır.
“Dünyada ani ürəkbulanma və qusmanın səbəb olduğu nəfəs borusu yırtılması ilə bağlı cəmi 3 hadisə qeydə alınıb. Bu cür hallarda ilk 24 saat çox əhəmiyyətlidir. İlk 24 saatdan sonra fəsadlar artır və ölümlə nəticələnə bilər. Vaxt artdıqca xəstənin sağ qalma şansı azalır. Diaqnozu ilk 24 saatdan öncə qoyduq və əməliyyatı tamamladıq”, - deyə həkim qeyd edib.
Aysel