Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada cəmi 200 nəfər bu xəstəlikdən əziyyət çəkir - Qorxudan yaranır, dərmanı yoxdur

  • 2018.11.03 13:30
  • 15908 Baxış
Dünyada cəmi 200 nəfər bu xəstəlikdən əziyyət çəkir -  Qorxudan yaranır, dərmanı yoxdur
ABŞ-da yaşayan 5 yaşlı Rid Hovlik dünyada cəmi 200 nəfərin əziyyət çəkdiyi baş və onurğa beyində müşahidə olunan genetik çatışmazlıqdan əziyyət çəkir. 


Medicina.az-ın məlumatına görə, Hovlikin orqanizmində baş verən mutagen proseslər mielin sintezini zəiflədir ki, bu da sinirin zədələnməsinə səbəb olur. Bu cür xəstələrdə əzələ sərtliyi meydana gəlir və hərəkətin koordinasiyası pozulur. Bu xəstəliyin dərmanı yoxdur və xəstənin vəziyyəti gün-gündən pisləşir. 


Bu cür xəstələr çox həssas olurlar. Güclü qorxu, kəllə travması, infeksiya onlar üçün ölümcül ola bilər. Bu tip təsirlər xəstəliyin əlamətlərini kəskinləşdirə və hətta xəstənin ölümüə səbəb ola bilər. 


2 yaşında ikən xəstəliyin diaqnozu qoyulan Ridin valideynlərinin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, onlar uşağı xəstəliyi kəskinləşməsin deyə ən kiçik stresdən, infeksiyadan və qorxmaqdan qorumalıdırlar. 


Arzu

Medicina.az