Dünya Səhiyyə Təşkilatı yeni adı SARS Cov 2 olan koronavirusla yoluxmanın dünyanın hər ölkəsində olacağını gözləyir və bəyan edib.
ÜST nümayəndəsi Deyl Fişer hesab edir ki, heç bir ölkə bu virusdan kənarda qalmayacaq.
Baxmayaraq ki, Çin höküməti infeksiyanın bu ilin aprelində tam nəzarətə götürüləcəyini və azalacağını bildirir, Fişer əmindir ki, digər dünya ölkələri üçün bu məsələ belə tez bitməyəcək.
ÜST-ün əvvəlki rəhbəri Tedros Adxan bildirib ki, epidemiya 1 ildən çox çəkəcək, ona qarşı peyvənd isə 1 il yarıma hazır olacaq.
Bu virus siyasi, iqtisadi və sosial çaxmaşma baxımından istənilən terror hadisəsindən daha təhlükəlidir.
Bu ən pis düşməndir.
Honkonqdan professor Qabriel Lyun isə bildirib ki, koromavirusla ümumu dünya əhalisinin 60%-i yoluxa bilər. Baxmayaraq ki, virusdan ölüm faizi 1-2%-dir, əgər 4 milyard insan infeksiyaya yoluxsa, bu 45 milyon insanın ölməsi deməkdir.
13 fevrala olan rəsmi məlumata görə, 60 348 məfərdə yoluxma, 1500 nəfərin ölməsi açıqlanıb.
Virusdan tamamilə sağalma 7000 insanda qeyd olunub.