Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Dünyada antibiotiklər “prob”suz vurulur” – 8 yaşlı Gülnuru nə öldürdü?

  • 2019.02.27 17:02
  • 12438 Baxış
“Dünyada antibiotiklər “prob”suz vurulur” –  8 yaşlı Gülnuru nə öldürdü?


Onlarla, bəlkə də yüzlərə xəstəliyin qarşısını almaq və müalicəsi zamanı antibiotiklərin istifadəsi zəruridir. Lakin antibiotiklər bəzi hallarda heç də müsbət nəticə vermir. 


Ötən gün Şabranda səkkiz yaşlı uşağa antibiotik iynə vurulub və müəyyən müddət sonra azyaşlının vəziyyəti ağırlaşıb. Daha sonra azyaşlı uşaq yerləşdirildiyi xəstəxanada ölüb. Faktın antibiotikdən əvvəl qoyulmayan "prob”dan olduğu iddia edilir. 


Pediatr Nigar Sədiyevə məsələ ilə bağlı Medicina.az-a bildirib ki, dünyada antibiotic istifadəsi zamanı xəstəyə hökmən "prob” qoyulmalı olduğu barədə bir qayda yoxdur: "Düynada belə bir qəbul edilmiş üsul yoxdur. İstənilən antibiotik vurula bilər və o, antibiotikə lokal və ümumi reaksiya ola bilər. Bu reaksiya isə anaflaktik şoka qədər gedə bilər. Heçkim onu öncədən bilə bilməz ki, antibiotikin reaksiya nə olacaq”.


Pediatr Ülvi Əliyev də məsələyə eyni məsələ ilə bağlı Bakupost.az-a deyib ki, dünyanın hər yerində antibiotiklər artıq "prob”suz vurulur: "Sadəcə tibb məntəqəsində və yaxud tibbi təchizatı olan xəstəxanalarda iynə vurulmalıdır. İynə vurulmadan əvvəl 30 və ya 45 dəqiqə həkim nəzarətində olunmalıdır”.


Qeyd edək ki, fevralın 26-da yaşanan bədbəxt hadisə 8 yaşlı Gülnur Dadaşovanın valideynlərinin tanışı olan tibb bacısının vurduğu antibiotik iynəsindən sonra baş verib. İynə vurulduqdan sonra uşağın halı pisləşərək komatoz vəziyyətə düşüb. Bundan sonra valideynləri uşağı Şabran Rayon Xəstəxanasına çatdırmaq qərarına gəliblər. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağır olduğundan onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülməsi qərarı alınıb. Xəstəxanaya komatoz vəziyyətdə çatdırılan qıza göstərilən reanimasion tədbirlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb. 


Faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi istintaq başa çatdıqdan sonra məlum olacaq.

 

Ayna

Medicina.az