Alimlər gələcəkdə iqlim kataklizmlərinə görə ərzaq qıtlığı və aclıq olacağı təqdirdə bəşəriyyəti hansı qidanın xilas edəcəyini tapıb.
“Medicina” xəbər verir ki, Böyük Britaniyanın alimləri planet günəş işığından məhrum olarsa, dəniz yosunlarının 45% qida ehtiyacını ödəyəcəyini açıqlayıb.
Dəniz və okean sularında olan dəniz yosunları insanlığı həqiqi mənada aclıqdan xilas edə bilər.
Dəniz yosunu universal qidadır, total defisit zamanı qida mənbəyi ola bilər.
Söhbət mümkün və qeyri-mümkün senarilərdən gedir: nüvə müharibəsi, vulkan püskürməsi, qlobal istilik. Bütün bunlar atmosferə günəş şüalarının qarşısını kəsə biləcək hissələr atılmasına səbəb olur.
Dəniz yosunlarını tropik okeanlarda yetişdirmək olar. Yosunlar hətta günəş işığı olmadan həyata yararlıdır və yetişir.
Dəniz yosunu yod, yağ turşuları, vitamin, zülalla zəngindir.
Nüvə partlayışı zamanı Yerin ozon qatı azala bilər. Yerüstü kənd təsərrüfatı bitkilərindən fərqli olaraq, dəniz yosunları su ilə mühafizə olunur. Baxmayaraq ki, onlar da toksiki maddə və şüalanmanı uda bilir, amma bu insan orqanizmi üçün təhlükəsiz həddədir.
Aygün