Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada 62 mindən çox insan meymunçiçəyinə yoluxub

  • 2022.09.23 08:57
  • 1450 Baxış
Dünyada 62 mindən çox insan  meymunçiçəyinə yoluxub
Yanvar ayından bəri dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini keçib, 23 nəfər ölüb.


Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus cümə axşamı Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, həftəlik qeydə alınan halların sayı azalır ki, bu da ümidləndirici tendensiyadır.

Qebreyesus dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizəni effektivliyini sübuta yetirən vasitələrlə davam etdirməyə çağırıb.

Qeyd edək ki, çərşənbə günü dərc olunani məlumat cədvəlinə əsasən, sentyabrın 12-dən 18-dək dünyada 3794 yeni meymunçiçəyi halı qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 22% azalma deməkdir. Ötən həftə ən böyük azalma Avropa regionunda (mənfi 81%) və Amerikada (mənfi 42%) qeydə alınıb.