Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyada 600-dən çox jurnalist COVID-19-un qurbanı oldu

  • 2021.04.05 16:23
  • 1350 Baxış
Dünyada 600-dən çox jurnalist COVID-19-un qurbanı oldu

İndiyədək dünyada 600-dən artıq jurnalist COVID-19 pandemiyasının qurbanına çevrilib.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının dünya ölkələrinin hökumətlərinə ünvanladığı müraciətdə qeyd olunub.

Bildirilib ki, bu günədək dünyada çoxlu sayda media təmsilçisi virusa yoluxaraq sağalıb, bir çoxunun müəlicəsi davam edir.

"Pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən “COVID-19”un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər", - müraciətdə vurğulanıb.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin “COVID-19” əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.