Şənbə günü dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb.
Medicina.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin məlumatında deyilir.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19-a yoluxmanın nəticələrindən ölüb.
20 milyondan çox yoluxma halı olan ölkələr sırasında yenə də ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.