Bu gün Bakıda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilir.
Medicina.az-ın məlumatına görə, tədbirin mövzusu piylənmənin idarə olunmasında ən yeni tendensiyalardır.
Tədbirdə piylənmə sahəsində dünya səviyyəsində bir sıra elmi tədqiqatların müəllifləri olan xarici ölkələrdən dəvət olunmuş mütəxəsislər iştirak edir. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Fatoş Harmancı çıxış edib. O, Azərbaycanda piylənmə ilə bağlı mövcud vəziyyətdən danışıb.
F.Harmancı sözlərinə görə, dünya üzrə 1975-ci ildən bu yana artıq çəkili insanların sayı 3 dəfə artıb. 45 milyondan artıq uşaq artıq çəkidən aziyyət çəkir. Piylənmə əsasən 4 təhlükəli xəstəliyə yol açır. Bunlara ürək-damar xəstəlikləri, diabet, osteartit və xərçəngdir.