Dünyada 400-dən çox jurnalist koronavirus infeksiyasının qurbanı olub.
Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov bildirib.
“400-dən çox həmkarımız ölüb. Və bu virus təkcə ölkəmizdə deyil, dünyada bütün media sənayesinə ciddi bir zərbə vurub, - deyə V. Solovyov vurğulayıb.
Solovyovun sözlərinə görə, jurnalistlər artıq yeni şəraitdə necə işləməyi öyrəniblər. O, növbəti bir neçə ayın çətin olacağını da sözlərinə əlavə edib.