Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyaca məşhur şəxslərin düçar olduğu ağır xəstəliklər – QİÇS, Hepatit, Parkinson...

  • 2019.10.14 16:34
  • 5640 Baxış
Dünyaca məşhur şəxslərin düçar olduğu ağır xəstəliklər –  QİÇS, Hepatit, Parkinson...
Dünyaca məşhur ulduzların milyon dollarlıq sərvətləri onları düçar olduğu bəlalardan belə xilas edə bilmir. Bəzi ulduzların xəstəliklərinin dəqiq müalicəsi mümkün deyil. Hansı məşhurun QİÇS olduğunu açıqlamasının hər kəsi şoka saldığını bilirsinizmi? Hansı məşhur bədəninə döymə etdirərkən Hepatit C-yə tutulub?

Medicina.az müxtəlif xəstəliklərdən əziyyət çəkən məşhurların siyahısını təqdim edir: 

Dünyanın ən çox gəlir əldə edən futbolçusu Devid Bekhemin iki qəribə xəstəliyi var. Onlardan biri tibbdə obressiv-kompulsiv pozğunluq adlanır. Belə ki, ulduz futbolçu əşyaları düzgün şəkildə düzə bilmir. Bekhemin digər xəstəliyi isə Turet sindromudur. Bu mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğudur. 

Məşhur bəstəkar Volfqanq Amadeus Mozartın da Turet sindromu olduğu iddia edilirdi. 

"Gələcəyə Qayıdış" serialı ilə tanınan Maykl J Foks Parkinson xəstəliyindən əziyyət çəkir. Aktyor xəstəliyə tutulanda cəmi 30 yaşında idi. Kariyerasını uzun illər xəstəliyini gizlədərək quran aktyor, hətta ona "Qızıl Qlobus” və "Emmy” mükafatlarını qazandıran "Spin City” də rol alıb. Maykl J.Foks1991- ci ildə Parkinson xəstəliyinə tutulduğunu elan etdi. 2000-ci ildə isə karyerasını başa vurub, ömrünü xəstəliklə mübarizəyə həsr edib.

Pamela Anderson, 2002-ci ildə Hepatit C-yə tutulduğunu açıqladı. Keçmiş həyat yoldaşı Andersonun döymə zamanı istifadə olunan iynə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib. 

Kim Kardaşyan da dəri xəstəliyi olan sədəf xəstəliyindən əziyyət çəkir.

Məşhur basketbolçu Magic Conson 22 il əvvəl QİÇS daşıyıcısı olduğunu açıqladı. Bu açıqlama ilə bütün dünyanı şoka salan ulduz basketbolçu hələ də müalicə alır. 

Nik Conasın və Tom Hanks isə şəkər xəstəliyindən əziyyət çəkir.

Biz zamanlar olduqca məşhur olan müğənni Linda Ronstadt bir müddət əvvəl Parkinson xəstəliyinə tutulduğunu açıqlayıb.

Məşhur musiqiçi Ozzy Osbourne və Şaron Osbournenin oğlu Ceyk Skleroz ( MS var) xəstəliyi ilə mübarizə aparır. Üstəlik, bunu həyat yoldaşı Lisa ilə birlikdə ilk körpələrinin dünyaya gələcəyi xəbərini alarkən öyrənib. Osbourne zaman-zaman xəstəliyi ilə bağlı təcrübələrinin sosial mediada paylaşır.