Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyaca məşhur onkoloq Bakıya gəlir- Xərçəngin müalicəsində yeniliklər

  • 2024.10.23 14:29
  • 162 Baxış
Dünyaca məşhur onkoloq Bakıya gəlir - Xərçəngin müalicəsində yeniliklər

26 oktyabr 2024-cü il tarixində "Milli Onkologiya Mərkəzi"nin AKT zalında "İnteqrativ Onkologiya" adlı konfrans keçiriləcək.

"Medicina" xəbər verir ki, tədbir "Milli Onkologiya Mərkəzi" və "İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi"-nin təşkilatçılığı, "Bioloji Təbabət-İnteqrativ Müalicə Mərkəzi", "AFGEN" Genetik Laboratoriyası və "Planeta Apteklər Şəbəkəsi"-nin sponsorluğu ilə baş tutacaq.

Tədbirdə onkoloji xəstəliklərin müalicə və diaqnostikasında ən son elmi nailiyyətlərin, yeni fikir və yanaşmaların müzakirəsi baş tutacaq.
Həmçinin, Dünyaca məşhur, Türkiyə əslli alman alim, Onkologiya Cəmiyyətinin (DGO) vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü (Almaniya) Dr. med. Hüseyn Sahinbas spikerlərdən biri olaraq ən son tibbi yenilikləri haqda öz bilgilərini həkimlərlə bölüşəcək.


Tədbirin Proqramı ilə tanış ola bilərsiniz.

9:30-10:00 - KONFRANS İŞTİRAKÇILARININ QEYDİYYATI
10:00-10:10 - KONFRANSIN AÇILIŞI

Fikriyyə İbrahimli - həkim terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin sədri", Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor

10:10- 10:30 - ONKOLOGİYADA ƏNƏNƏVİ MÜALİCƏ ÜSULLARI
Elçin Mansurov - onkoloq, tibb üzrə fəlsəfə doktoru, Milli Onkologiya Mərkəzi

10:30-10:50 - DÜNYADA İNTEQRATİV ONKOLOGİYANIN NAİLİYYƏTLƏRİ
Rəna Niftəliyeva - Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, onkoloq, baş həkimin müalicə işləri üzrə müavini

10:50-11:20 - ALMAN ALİMİ H.H.REKKEVEQİN XƏSTƏLİKLƏRİN 6 FAZALI İNKİŞAF CƏDVƏLİNƏ GÖRƏ XƏRÇƏNGİN YARANMA SƏBƏBLƏRİ. ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ DRENAJ-DETOKSİKASİYA və QİDALANMA

Dr.med.Hüseyn Sahinbas, Alman Onkologiya Cəmiyyətinin (DGO) vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü (Almaniya)

11:20 – 11:40 - Kofe-breyk

11:40-12:10 - ŞİŞ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ İNTEQRATİV TƏBABƏTİN ROLU VƏ YERİ

İvan Stanislavoviç Rolik- tibb elmləri doktoru, professor, Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutu

12:10 -12:50 - XƏRÇƏNG XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ YÜKSƏKDOZALI VİTAMİN C İNFUZİYALARININ VƏ OMELOTERAPİYANIN İSTİFADƏSİNİN UĞURLU NƏTİCƏLƏRİ
Dr.med.Hüseyn Sahinbas (Almaniya)

12:50-13:10 - UŞAQLIQ BOYNUNUN XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏRİNDƏ OMELOTERAPİYANIN EFFEKTİVLİYİ

Natəvan Axundova - həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti

13:10-14:10 - Nahar fasiləsi

14:10-14:40 - DƏRİ XƏRÇƏNGİNİN İNTEQRATİV TƏBABƏTİN ÜSULLARI İLƏ MÜALİCƏSİNDƏN KLİNİK HALLAR

İvan Stanislavoviç Rolik-tibb elmləri doktoru, professor, Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutu

14:40-16:10 - ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ PSİXOTERAPİYA. İDMAN. TERMOTERAPİYA

Dr.med Hüseyn Sahinbas-Alman Hipertermiya e.V Cəmiyyətinin (DGHT) vitse-prezidenti

16:10-16:30 - Kofe-breyk

16:30-17:00 - İNTEQRATİV TİBB İLƏ KİMYATERAPİYANIN ƏLAVƏ TƏSİRLƏRİNİN ARADAN QALDIRILMASI

Fikriyyə İbrahimli- Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki


17:00-17:30 - İNTERAKTİV HİSSƏ (SUAL-CAVAB)

Qeyd: Tədbirdə iştirakınızı təsdiqləmək və müvafiq olaraq giriş bileti əldə etmək üçün aşağıda qeyd olunan məlumatları doldurun.

Bütün onkoloq və həkimlər dəvətlidir

Qeydiyyat linki:

https://forms.gle/fAvjwXhreumnRsL26