“Azərbaycanda da həkimlər arasında koronavirusa yoluxmalar var”.
Bunu bu gün TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bütün dünyada risk qruplarından ilk yerdə həkimlərdir: “Çünki onlar bilavasitə xəstələrlə işləyirlər. Dünya statistikasında yoluxmaların 20%-ni məhz həkimlər təşkil edir. Biz də həkimlərin koronavirusa yoluxmaması istiqamətində işlər aparırıq. Bütün tibb müəssisələrində yoluxmaları izləyirik. Yerində bununla bağlı lokal tədbirlər həyata keçirilir”.