Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu haqqında son məlumatları və risk göstəricilərini yayımlayıb.
Medicina.az xəbər verir ki, məlumatda son 24 saat ərzidə artıq Küveytdə də koronavirus infeksiyasına yoluxma halının qeydə alındığı bildirilib. Bundan əlavə, təsdiqlənmiş yoluxma hallarının sayı da bildirilib.
Belə ki, dünya üzrə 715-i yeni olmaqla ümumilikdə 79331 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 77262 minə çatıb. Həmçinin burada 2595 ölüm qeydə alınıb. Onlardan 715-i son 24 saat içində ölənlərdir.
Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 29 ölkə üzrə 2069 nəfərdir. Onların içərisində yoluxan 23 şəxs artıq ölüb.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Yüksək
Qlobal səviyyədə: Yüksək