Ümüdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Medicina.az xəbər verir ki, məlumatda bildirilib ki, Azərbaycan da daxil olmaqla Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Belə ki, dünya üzrə 1739-u yeni olmaqla ümumilikdə 87 137 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 79 968 minə çatıb. Həmçinin burada 2873 ölüm qeydə alınıb. Onlardan 35-i son 24 saat içində ölənlərdir.
Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 58 ölkə üzrə 7169 nəfərdir. Onların içərisində yoluxan 1043 şəxs artıq ölüb.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək