Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya türk həkimin “Fındık texnikası”ndan danışır - FOTO

  • 2024.05.03 14:14
  • 905 Baxış
Dünya türk həkimin “Fındık texnikası”ndan danışır -  FOTO
Sağlamlıq Elmləri Universiteti Ankara Onkologiya Təhsil və Araşdırma Xəstəxanası Torakal Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Göktürk Fındıkın tətbiq etdiyi xüsusi üsul beynəlxalq resenziyalı elmi tibb jurnalı “BMC Surgery”də dərc olunub.

Medicina.az xəbər verir ki, cərrah nüfuzlu jurnalda dərc olunan və öz soyadını daşıyan üsulla bağlı açıqlama verib.

O, ürək pərdəsinin çıxarılması lazım olan lokal inkişaf etmiş ağciyər xərçəngi əməliyyatlarında "süni protez" istifadə etmədiyini, bunun əvəzinə "Fındıq texnikası"nı tətbiq etdiyini bildirib.

Cərrah 2018-ci ildən bəri bəhs edilən əməliyyatlarda bu texnikadan istifadə etdiklərini deyib.



Professor lokal olaraq irəliləmiş ağciyər xərçənglərinin bəzən ürək pərdəsinə yapışmış vəziyyətdə olduğunu, belə hallarda şişlə yanaşı ürək zərini də çıxarmaq lazım olduğunu diqqətə çatdırıb:

“Bu nöqtədə ürək toxumasının xaricə doğru yırtılmasının qarşısını almaq üçün ürək pərdəsinə “süni protez” tikilir. Əməliyyatlar əsasən bu formada aparılır. Lakin ürək zərinə tikilən süni protezin müxtəlif mənfi cəhətləri var. Bu, infeksiya riski, təkrar əməliyyat və aritmiya kimi problemlərə səbəb ola bilər. Bu səbəbdən süni protez yerinə hansı metodun tətbiq oluna biləcəyi ilə bağlı araşdırmamıza başladıq və yeni texnika hazırladıq.

2018-ci ildən bəri xəstələrimizdə uğurla istifadə etdiyimiz bu texnika Avropanın nüfuzlu elmi jurnallarından birində dərc olundu. “Fındık texnikası” dediyimiz üsulda süni protezdən istifadə etmirik. Bunun əvəzinə fərqli bir tikiş texnikası ilə ürək pərdəsini birləşdiririk. Bu yolla xəstələrdə infeksiya, aritmiya və təkrar əməliyyat riski azalır. Əməliyyatdan sonra daha rahat və problemsiz bir proses keçirlər”.

25 ildir tibb sahəsində fəaliyyət göstərən olan Dr. Göktürk Fındık bu üsulla əməliyyat olunan xəstələrdən müsbət rəylər aldıqlarını qeyd edib.

“Ümid edirəm ki, bu üsul sayəsində bütün xəstələrimiz sağalacaq və fayda əldə edəcəklər”, - Dr. Göktürk Fındık vurğulayıb.


Aysel