2040-cı ildə dünyanın ən çox su qıtlığı və quraqlıqla üzləşəcək ölkələrinin reytinqi siyahısında Azərbaycanın da adı var. Təəssüf ki, ölkəmizin su ehtiyatları tükənmək üzrədir və bu siyahıda ilk 20-likdədir.
Medicina.az xəbər ki, Endryu Meddoks, Robert Yanq, Pol Reyqin müəllifi olduğu Dünya Resursları İnstitutunun dərc etdiyi 2016-cı ilin hesabatında ciddi su qıtlığı yaşayacaq ölkələr və böhranın səbəbləri göstərilib.
Yaxın bir neçə onillikdə dünyanın suya olan tələbatının artacağı gözlənilir. Sürətlə artan əhali insanların, təsərrüfatların və şirkətlərin su sərfiyyatının artmasına səbəb olacaq. Daha çox insan şəhərlərə köçəcək, bu da təchizatı daha da çətinləşdirəcək. İnkişaf etməkdə olan orta sinif, daha çox su tələb edən qida istehsalı və elektrik enerjisi istehsalı üçün mənbələr axtaracaq.
Amma bu suyun haradan gələcəyi bəlli deyil. İqlim dəyişikliyindən bəzi ərazilərin daha quru, digərlərinin isə daha rütubətli olacağı gözlənilir. Bəzi bölgələrdə həddindən artıq yağıntılar artdıqca, təsirə məruz qalan icmalar quraqlıq və daşqınlardan daha böyük təhlükələrlə üzləşirlər.
Su təchizatı və tələbinin dəyişməsi qaçılmaz olsa da, bu dəyişikliyin bütün dünyada necə görünəcəyi dəqiq deyil. WRI tərəfindən ilk dəfə edilən analiz məsələyə yeni işıq salır.
İqlim modelləri və sosial-iqtisadi ssenarilərdən istifadə edərək, WRI 2020, 2030 və 2040-cı ilə qədər 167 ölkədə su stressini - rəqabət və səth sularının tükənməsini qiymətləndirərək, ölkələrin reytinqini hazırlayıb.
“Biz müəyyən etdik ki, Çili, Estoniya, Namibiya və Botsvana 2040-cı ilə qədər su qıtlığında xüsusilə nəzərəçarpacaq artımla üzləşə bilər. Bu o deməkdir ki, bu ölkələrdəki müəssisələr, təsərrüfatlar və icmalar qıtlığa bugünkündən daha həssas olacaq”.
2040-cı ildə ən çox su stresinə məruz qalan 33 ölkədən 14-ü Yaxın Şərqdədir, o cümlədən 5.0 baldan 5.0 balla son dərəcə yüksək stresli hesab edilən doqquzluğa bu ölkələr daxildir: Bəhreyn, Küveyt, Fələstin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Səudiyyə Ərəbistanı, Oman və Livan. Azərbaycan bu siyahıda 18-ci yerdədir.
Qeyd edək ki, bu siyahı ardıcıllığı 2025, 2030-cu illərdə dəyişə və bəzi ölkələrdə göstəricilərdə irəli keçə bilər.
İnstitut hökumətləri milli su təhlükəsizliyi və milli iqlim fəaliyyəti planlarını irəli sürməyi, beynəlxalq iqlim sazişinin tələblərinə əməl edib onu dəstəkləməyə çağırıb.
2040-ci ilə isə 18 il qalıb. Azərbaycanda şirin su mənbələrinin qorunması, yaradılması və ya dəniz suyunun istifadəyə yararlı suya çevrilməsı istiqamətində milli proqramın olub-olmaması və hansı işlər görülməsi ictimaiyyətə bəyan olunmur.
Dünya bizim təhlükədə olduğumuzu deyir və açıq göstərir, bəs biz 2040-cə ildə nə edəcəyik?
Aygün M.
Medicina.az