Türkiyədə saç əkdirən və üzündən 8 dəfə əməliyyat olunan avropalı kişinin görünüşündəki dəyişiklik sosial medianın gündəmini zəbt edib.
Medicina.az xəbər verir ki, onun ilk və son halı əməliyyatı həyata keçirən səhiyyə müəssisəsi tərəfindən sosial mediada paylaşılıb.
Həmin şəxsin əvvəlki və sonrakı fotoları yan-yana qoyulub. İki şəkil arasındakı fərq insanlarda şübhə yaradıb.
Qeyd edək ki, Türkiyə sağlamlıq turizmindən hər il milyonlarla dollar gəlir əldə edir. Sosial şəbəkələrdə son yayılan görüntülər isə görünür ölkəyə axını daha da sürətləndirəcək.
İnsanları şoka salan həmin fotoları təqdim edirik:
Aysel