Dünya əhalisinin 10 faizinə yaxını COVID-19 virusuna yoluxmuş ola bilər.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının "Səhiyyədə fövqəladə vəziyyətlər" proqramının icraçı direktoru Maykl Rayan bildirib.
Belə ki, COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərinə həsr olunmuş ÜST İcraiyyə Komitəsinin xüsusi sessiyasındakı nitqində M.Rayan bildirib: “Mövcud rəylərə görə, dünya əhalisinin 10 faizinə yaxınının bu virusa yoluxmuş ola biləcəyini göstərir. Müxtəlif ölkələr arasında, şəhər və kənd yerləri arasında, həmçinin ayrı-ayrı əhali qrupları arasında fərqlər var”.