Dünya əhalisinə koronavirusa qarşı vurulan peyvənd sayı dörd milyardı keçib.
Medicina.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.
Ən çox peyvəndin istifadə edildiyi ölkə əvvəlki kimi Çin olub. Çində əhaliyə 1 milyard 600 milyon dozadan çox peyvənd vurulub.
İkinci sırada 450 milyon 710 minlə Hindistan, üçüncü pillədə isə 343 milyon 360 minlə ABŞ qərarlaşıb.