Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya Böyrək günü - Böyrəklərin təhlükədə olduğunu göstərən əlamətlər

  • 2023.03.09 14:17
  • 2908 Baxış
Dünya Böyrək günü   - Böyrəklərin təhlükədə olduğunu göstərən əlamətlər
2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi olaraq Dünya Böyrək Günü kimi qeyd edilir.

"Medicina" xəbər verir ki, Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Nehmət Beyqiyevin sözlərinə görə, böyrək problemi olan xəstələr ən çox böyrək və bel nahiyələrində ağrılar, sidikdə yanma, göynəmə, bəzən sidikdə qan, qızdırma, üşütmə-titrətmə şikayətləri ilə müraciət edirlər.
Çin təbabətində insanın xəstəliklərinin və qocalmasının məhz bu orqanlardan, yəni böyrək sistemindən başladığını deyirlər.

Orda belə bir diaqnoz var: “böyrək boşluğu”. Bu xəstəlik özünü müxtəlif xür göstərir: böyrək və beldə ağrılar, bəzi adamlarda sidiyin pozulması, bəzi kişilərdə cinsi zəiflik, qadınlarda diz ağrısı, gənc adamlarda erkən saç ağarma, bir çox adamlarda təngnəfəslik.

Müasir tibb bu xəstəliklərə ayrı-ayrı yanaşır, heç kim tam olaraq böyrəklərin buna səbəb olmasını bilmir.

Hansı hallarda insanda böyrəklər boşalır, yəni fəaliyyəti pozulur?

- Stress, qorxu, fikir, həyəcan, gərginlik – daim bu vəziyyətdə olanlarda böyrəküstü vəziyyətlərin funksiyası pozulur.

- Güclü soyuqlama, uzun müddət soyuq yerdə qalmaq, bədənin buzlaması, rütubət – soyuq əllər, soyuq oynaqlar, tez-tez sidiyə çıxmaq, böyrəklərdə ağrı, yorulmaq, döş qəfəsində, kürəkdə istilik, sıxılma, daim təşviş hissi olur. Əbəs yerə deməyiblər ki: ayaqların buz kimi, basin qaynardısa, deməli, böyrəklərin yaxşı işləmir.
Bədən temperaturunun düşməsinin qarşısını alın, ayaqları isti saxlayın.

- Fasiləsiz və müxtəlif partnyorlarla cinsi münasibət - əgər cinsi həyatı qarışıq birisizsə, cinsi infeksiyalar, eləcə də çoxsaylı orqazmlar böyrək və böyrəküstü vəziləri tükəndirir. Bu zaman başda ağrı, sümüklərdə ağrı, sızıltı, qulaqda küy, yorğunluq, beldə ağrılar ola bilər.


Əgər yuxarıda qeyd olunanlar sizdə varsa, o zaman böyrək sistemini böyrəküstü vəzilər daxil olmaqla yoxlanmaqda fayda var.

Aygün Musayeva