Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya bankı koronavirusla mübarizəyə maliyyə ayırdı

  • 2020.03.04 09:08
  • 1251 Baxış
Dünya bankı koronavirusla mübarizəyə   maliyyə ayırdı
Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizə üçün ilkin olaraq 12 milyard dollar ayırdığını açıqladı.

Medicina.az xəbər verir ki, DB inkişaf etməkdə olan ölkələrə "insanların epidemiyadan qorunması üçün səhiyyə sisteminin, xəstəliklərə nəzarətin, ictimai səhiyyə sahəsində tədbirlərin və iqtisadiyyata təsirin azaldılması məqsədilə özəl sektorla əməkdaşlığın gücləndirilməsinə kömək edəcək".

Yardım Dünya Bankına daxil olan təşkilatların – Beynəlxalq İnkişaf Assosiasiyasının, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq maliyyə korporasiyasının xətti ilə təqdim olunacaq.