Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında "Dünya Ağciyər Günü”nə həsr edilmiş simpozium keçirilib. Respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov tədbiri giriş sözü ilə açaraq ağciyər və tənəffüs yolarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib.
Medicina.az xəbər verir ki, professor Əlizamin Sadıqov "Hospitaldaxili və ventilyator assosasiya olunan pnevmoniyaların müalicəsinə yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib.
Hazırda dünyada pnevmaniyadan 450 milyona yaxın şəxs əziyyət çəkir və 4 milyon insan adıçəkilən xəstəlikdən dünyasını dəyişib.
Avropada və ölkəmizdə xəstəliyin diaqnostikası, aşkarlanması, yeni müalicə üsullarından və xəstəliklə mübarizə aparılması yollarından danışılıb.
Pnevmoniyaların müalicəsində yeni yanaşmalarla bağlı söylənilən fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Simpozium geniş diskusiya və sual-cavablarla işini sona çatdırıb.