Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünənki partlayışda yaralananların vəziyyəti açıqlandı

  • 2022.08.31 12:09
  • 1409 Baxış
Dünənki partlayışda  yaralananların vəziyyəti açıqlandı
Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.


Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, xəsarət alan qadınların birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.