Dünən ATU-da ilk dəfə təqdim olunan robot mulyajlaı kifayət qədər səs-küy yaradıb.
Bir çoxları "robot doğursa, bəs uşaq hanı?" deyə soruşurdu. Həqiqətən də, robot simulyatoru qadına çox bənzədildiyindən də doğuş da elə insandakı kimi real gedir və təbii ki, sonra "körpə” robot dünyaya gəlir.
Medicina.az Tibb Universitetində ilk dəfə simulyator SMART MOM robotundan "doğuzdurulan” körpənin fotolarını təqdim edir. Onun cinsiyyəti qızdır.
Göründüyü kimi, körpə real insanda olduğu kimi cift və göbəklə doğulur, sonra göbəyi kəsilir.