Gözdə dumanlanma, başda ağırlıq, diqqət əskikliyi, yaddaşda zəiflik- dumanlı beyin kimi xarakterizə olunur. Əslində belə xəstəlik yoxdur, bu digər xəstəliklərin simptomlarıdır.
“Medicina” xəbər verir ki, bir çox insanlar bunu nevroz, yorğunluq və başa qan yaxşı dövr etməməsi ilə əlaqələndirir.
Dumanlı başın bir neçə səbəbi var: stress, yuxusuzluq, zəif qidalanma, dərmanlar.
Eləcə də təzyiq, şəkər xəstələrində bu sindrom olur.
Zehni iş, xroniki yorğunluq, depressiya, oturaq iş beyni tükədir.
Eləcə də zəif qidalanma, anemiya, B12 və B9 vitaminləri yetməzliyi beynin funksiyasını zəiflədir.
Eləcə də ciddi allergik, qida allergiyası dövründə beyin dumanlanır.
Müəyyən müalicələrdə, sinir xəstəliklərində bəzi dərmanların təsirindən başda duman, sıxılma ola bilər, bunu həkiminizlə məsləhətləşin.
6 ay ərzində beyin dumanı yaşamaq artıq müayinə üçün əsasdır. Xroniki stress, depressiya, fibromalgiya birinci nəzərə alınmalıdır.
Aygün Musayeva