Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dumanın insan orqanizminə təsiri

  • 2019.01.21 15:36
  • 8007 Baxış
Dumanın insan orqanizminə təsiri

 

Qış dedikdə ilk ağla gələn şaxta və qar kimi təbiət hadisələridir. Lakin son illərdə ölkəmizdə nəinki qar yağmır, ümumiyyətlə qış üçün xarakterik olan şaxtalı və soyuq hava müşahidə edilmir.

 

Bu gün isə Bakı şəhərində güclü duman qeydə alınıb. 


Bəs duman nədir? İnsan sağlamlına bir zərəri varmı? 


Medicina.az bu suallara cavab axtarıb.  


Duman əslində qış aylarında anormal isit havanın müşahidə olunması ilə meydana çıxan təbiət hadisəsidir.


Duman əsasən yer səthinə yaxın toplanan buludlardır. 

 

Bu qeyri-adi təbiət hadisəsinin insan orqanizmi üçün görmə həddini məhdudlaşadırmaqdan əlavə çox ciddi fəsadları yoxdur.

 

Lakin bəzən duman çirkli hava zəhərli qazlardan əmələ gəlir ki, bu duman smoq adlanır. Smoqun tərkibi əsasən azot-2 oksid, karbon-4 oksid, uçucu üzvi maddələr və bərk hissəciklərdən ibarət olur. Bu kompanentlər su buxarı ilə birləşərək sağlamlıq üçün çox ciddi təhlükə yaradan smoq əmələ gətirir.

 

Bir qayda olaraq bütün gün boyu şəhərin üzərindən aslı vəziyyətdə qalaraq əhalidə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərə ağciyərlərin funksiyasının pozulması, nəfəs darlığı, öskürək, nəfəs yollarının qıcıqlanması kimi problemlər yaradır. 

 

Bundan başqa, smoq astma, bronxit və göz qıcıqlanması kimi xəstəliklər də meydana gətirə bilər. Smoqun orqanizmə zərərli təsirini azaltmaq üçün ağız və burunu dəsmalla bağlamaq və çölə bacardıqca az çıxmaq lazımdır. 


Arzu

Medicina.az