Dronlar təcili yardım briqadalarından 3 dəqiqə tez kritik ağır xəstələrə çatır. Bu nəticəyə Nyu-Yorkda keçirilmiş yeni tədqiqatın nəticələrində gəliblər.
Eləcə də dronlar sıx şəhər küçələrində olan tıxaclarda da effektivdir.
Medicina.az xəbər verir ki, pilotsuz gadjetin işini Bruklində ən pik saatlarda yoxlayıblar.
Dronlar pasiyentdə 6 dəqiqəyə, təcili yardım isə 9,5 dəqiqəyə çatıb.
Dronlar anaflatik şok, astma tutması və şəkər koması keçirən insanlara lazım dərmanları qısa müddətə çatdıra bilər. Eləcə də dron ürək dayanmasında istifadə olunan defibrilyatoru da qaldırıb daşıya bilər. Ona görə tezliklə dronların təcili yardımda istifadə olunmasına başlanılacaq.